Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Tanınmışlar Uşaq evi sosial xidmət müəssisəsində - Fotolar

11 dek 2025, 15:52
Tanınmışlar Uşaq evi sosial xidmət müəssisəsində - Fotolar

Türkiyə və Azərbaycanın tanınmış aktyorları, bloqer və keçmiş futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Liderxeber.az xəbər verir ki, onlar burada dövlət himayəsində yaşayan uşaqlarla görüşərək, söhbət edib, habelə müəssisənin şəraiti ilə yaxından tanış olublar.

Uşaqlar qonaqlar üçün hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər. Rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Görüş zamanı uşaqlar və qonaqlar arasında futbol üzrə yoldaşlıq oyunu da keçirilib, həmçinin qonaqlar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.

Tədbir səmimi anlar, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.