Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Əkinçilik ET İnstitutunun 75 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib

10 dek 2025, 21:28
Əkinçilik ET İnstitutunun 75 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib

Azərbaycan Respublikasının (AR) Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) təşkilatçılığı ilə “İqlim dəyişikliyi şəraitində aqrar sahənin inkişafında çağdaş dövrün problemləri və həlli istiqamətləri” mövzusunda hibrid formatda beynəlxalq elmi-praktiki konfrans keçirilib. 

Liderxeber.az xəbər verir ki, konfransın açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Konfransı giriş sözü ilə ƏETİ-nin direktoru Faiq Xudayev açıb. Tədbirdə Milli Məclisin nümayəndəsi, AR KTN-nin, Elm və Təhsil Nazirliyinin müvafiq əməkdaşları, institutların rəhbər və mütəxəssisləri, aqrar sahədə çalışan xarici eksprt və alimlər, o cümlədən Türkiyə və Özbəkistan Respublikalarından olan alimlər də iştirak ediblər.

Hibrid formatda keçirilən beynəlxalq konfransda “Dəyişkən iqlim şəraitində kənd təsərrüfatı istehsalının dayanıqlı idarə olunması”; “İqlim dəyişkənliyi şəraitində aqro ekosistemin idarə olunması istiqamətləri”; “Yeni sortların yaradılmasında müasir metodların tətbiqinin üstünlükləri”; “Torpağın münbitliyinin artırılması və səmərəli istifadə yolları”; “Suvarmada resursqoruyucu texnologiyaların tətbiqi elmi istiqamətləri” üzrə üç bölmə iclaslarında təqdimatlarla məruzələr edilib.

Konfransın işi azərbaycan, türk, ingilis və rus dillərində aparılıb. Türkiyə, Özbəkistan Respublikaları, Rusiya Federasiyası və digər ölkələrdən olan xarici və eləcə də bəzi yerli məruzəçilər tərəfindən onlayn təqdimatlar da edilib. Ümumilikdə, Azərbaycanın və xarici ölkələrin elmi müəssisələrinin alim və mütəxəssisləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş 100 – ə yaxın tezis Konfrans materialları toplusuna daxil ediləcək.

Konfransda institut tərəfindən hazırlanmış Əkinçilik Ensiklopediyasının təqdimatı keçirilib, həmçinin ƏETİ-nin 75 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransın sərgisində ƏETİ-nin 75 illik elmi fəaliyyətini əks etdirən nümunələr sərgilənib.

Yekunda məruzəçilərə beynəlxalq sertifikatlar təqdim olunub, xatirə şəkili çəkilib.