Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

33 yaşlı oğlan xəstəxanada şəraitsizlikdən ölüb? - Açıqlama

10 dek 2025, 17:06
33 yaşlı oğlan xəstəxanada şəraitsizlikdən ölüb? - Açıqlama

“Azərbaycan səhiyyəsi 33 yaşlı gənc oğlanı öldürdü. Kardiologiya İnstitutuna öz ayaqları ilə ağır vəziyyətdə, kəskin ürək çatışmazlığı ilə gələn Vüsal İsayevi reanimasiyaya alıblar. Reanimasiyada traxeostomiya edib süni tənəffüs aparatına qoşmaq üçün şəraitləri yox idi”. 

Liderxeber.az xəbər verir ki, bu iddia ilə bağlı jurnalist Tural Ozan paylaşım edib. 

Onun sözlərinə görə, İsayev Vüsal Zakir oğlunu digər xəstəxanalara köçürmək də mümkün olmayıb: “Baş həkimə deyirəm gücünüz çatmır, şəraitiniz bərbaddırsa, transfer edin. Üzümə baxır, deyir xəstəxanaları siz razı salın. Xəstə isə qalıb ortalıqda. Yeni Klinikaya aparılması üçün müraciət etdik, bildirdilər ki, yerimiz yoxdur. Düşünün, Azərbaycanın bir nömrəli xəstəxanası olan Yeni Klinikanın reanimasiyasında “ölümcül xəstəyə yer yoxdur” cavabı alınır. Hansı ki, o xəstəxana COVID-19 dönəmində ən ağır şəraitdə yüzlərlə xəstəni eyni anda qəbul etmək üçün yaradılmışdı. Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzindən dedilər ki, biz xəstəni ancaq ödəniş olaraq 5-10 min depozitlə qəbul edə bilərik. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasından dedilər ki, yerimiz yoxdur...”

İddialarla əlaqədar Kardiologiya İnstitutuna müraciət etdik. Tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, xəstə V.İsayev müəssisəyə son dərəcə ağır aqonal vəziyyətdə – huşu bağlı, təzyiqi ölçülə bilməyən və kəskin ürək çatışmazlığı əlamətləri ilə daxil olub: “Gətirildiyi andan etibarən xəstəyə təcili reanimasyon tədbirlər, kliniki protokollara uyğun diaqnostik və həyati vacib prosedurlar tətbiq edilib. Mərhuma 3 il əvvəl başqa bir mərkəzdə ürəkdaxili defibrilyator (ICD) implantı qoyulub ki, bu da xəstədə qəfil ürək dayanması riskinin əvvəldən yüksək olduğunu göstərirdi.

Xəstənin daxilolma zamanı vəziyyəti geridönüşü olmayan mərhələdə olduğu üçün aparılan intensiv tibbi müdaxilələrə baxmayaraq, vəziyyəti stabilləşdirmək mümkün olmayıb. Mərhumun yaxınlarının səsləndirdiyi iddialarla bağlı bildiririk ki, traxeostomiya və ya digər invaziv müdaxilələrin aparılması üçün tibbi göstəriş olmayıb – aqonal vəziyyətdə bu prosedurlar effekt vermir”.

Açıqlamada, həmçinin xəstəxanada kifayət qədər süni tənəffüs aparatının olmaması iddiasına da toxulunub: “Xəstəxanada çarpayı sayına uyğun olaraq süni tənəffüs aparatı mövcuddur, lakin xəstənin süni tənəffüs aparatına ehtiyacı yox idi, saturasiyası 90-95 idi. Xəstədə çox orqan çatışmazlığı əlamətləri və qəfil ürək dayanması olub. Onun başqa klinikaya köçürülməsi həyati göstəricilərin kritik olması səbəbindən tibbi cəhətdən mümkün deyildi.

Xəstənin reanimasiyada yalnız “yatızdırılması” iddiası həqiqətə uyğun deyil – bütün reanimasyon tədbirlər protokollara uyğun şəkildə icra olunub. Məsələyə hüquqi müstəvidə qiymət verilməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət oluna bilər”.