Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Dövlət Komitəsində könüllü olmaq istəyənlərin nəzərinə!

10 dek 2025, 12:00
Dövlət Komitəsində könüllü olmaq istəyənlərin nəzərinə!

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi “Könüllülər Proqramı”na qəbul elan edir.

Liderxeber.az xəbər verir ki, proqramın məqsədi gənclərin diasporla iş, lobbiçilik fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılarla, onların yaratdığı diaspor təşkilatlarıyla, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diasporları ilə əlaqələrin qurulması və gücləndirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdə fəal iştirakına şərait yaratmaq, onların təcrübəsini artırmaq, könüllülük hərəkatını inkişaf etdirməkdir.

Proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübə qazanması üçün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil edəcəyi təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Bu layihələrdə və təlimlərdə iştirak etməklə gənclər yüksək bilik-bacarıq və təcrübələrə yiyələnmək imkanı qazanacaq.

“Könüllülər Proqramı” 2026-cı ilin fevral ayından başlayaraq 6 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdıran və öz öhdəliklərini yerinə yetirən gənclər proqramın sonunda Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaq.

Müraciət üçün son qeydiyyat tarixi 10 yanvar 2026-cı ildir.

Diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər komitənin rəsmi internet səhifəsindən QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər.