Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Nazirin işdən çıxardığı rəis - Yeni vəzifədə

09 dek 2025, 18:00
Nazirin işdən çıxardığı rəis - Yeni vəzifədə

Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri olduğu dönəmdə işdən çıxarılan Əfqan Qəribov yeni vəzifəyə təyinat alıb. 

Liderxeber.az xəbər verir ki, Əfqan Qəribov Muxtar Babayevin dövründə Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin rəisi vəzifəsində işləyib.

Çoxsaylı şikayətlər olduğundan, həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində barəsində araşdırma aparıldığından Muxtar Babayev onu tutduğu vəzifədən azad etmişdi. 

Maraqlıdır ki, Muxtar Babayev nazir postundan getdikdən sonra Əfqan Qəribov yenidən ekologiya sferasına qayıdıb. O, hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini vəzifəsində çalışır. Onun bu vəzifəyə konkret nə zaman təyin olunduğu məlum deyil. Məlum olan odur ki, Əfqan Qəribovla bağlı yeni təyinat Muxtar Babayevin nazir olmadığı dövrdə baş verib.  

O bu vəzifəyə təyin olunar-olunmaz mediada və sosial şəbəkələrdə Şahdağ Milli Parkının İsmayıllı hissəsində ağacların kəsilməsi barədə məlumatlar yayılmağa başlayıb. Həmin məlumatlarda ağacların kəsilməsinə görə Əfqan Qəribov ittiham edilir. Eyni zamanda onun Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan Cabbar Qəribov tərəfindən himayə olunduğu bildirilir. 

İddialara görə, Cabbar Qəribov Əfqan Qəribovun əmisidir. Onun yenidən vəzifəyə qayıdışı da Cabbar Qəribovun “gərgin” əməyinin nəticəsi kimi izah edilir.

Bu iddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, Əfqan Qəribov 3 sentyabr 2025-ci ildən Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi vəzifəsində işləyir.  

Şahdağ Milli Parkının İsmayıllı hissəsində ağacların kəsilməsinə gəlincə, Xidmətdən bildirilib ki, ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən meşə və milli parkların ərazilərində mütəmadi monitorinqlər aparılır: 

“Aşkar edilən qanun pozuntuları ilə bağlı aidiyyəti qurumlarla birgə qanunamüvafiq tədbirlər görülür. Şahdağ Milli Parkının ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılıb. İlkin araşdırmalara görə, ağac kəsintisi baş verən ərazinin Şahdağ Milli Parkının ərazisi olmadığı müəyyənləşib. 

Sözügedən ərazinin mülkiyyətiçisini müəyyənləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub. Araşdırma yekunlaşdıqdan sonra qanunamüvafiq tədbirlər görüləcək və dəymiş ziyanın məbləği cinayət tərkibi yaradarsa, toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək”.