Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Sosial xidmətlərlə bağlı İşçi Qrupun növbəti iclası keçirildi - Foto

09 dek 2025, 16:45
Sosial xidmətlərlə bağlı İşçi Qrupun növbəti iclası keçirildi - Foto

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçıları olan orqanların nümayəndələrindən ibarət İşçi Qrupun növbəti iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Videokonfrans formatında keçirilən iclasda İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası sahəsində aparılan işləri qeyd edib.

Proqrama uyğun olaraq ölkəmizdə sosial xidmətlər sisteminin inkişafı, bu xidmətlərin kəmiyyət və keyfiyyətinin, əhatə dairəsinin artırılması istiqamətlərində son illər atılan addımlardan bəhs olunub. Həmçinin həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, reinteqrasiya tədbirləri qeyd edilib.

Dövlət Proqramının uğurlu icrası prosesində sistemli yanaşmanın, aidiyyəti dövlət qurumları arasında formalaşmış səmərəli əməkdaşlığın, fəaliyyətlərin koordinasiyalı idarə edilməsinin mühüm rolu diqqətə çatdırılıb. İclasda sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası işləri, bu sahədə birgə fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 25 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən yaradılmış İşçi qrupa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi, Mediasiya Şurası, Həmkarlar İttifaqı Konfederasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və yerli şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri daxildir.