Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq

09 dek 2025, 13:25
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq

Mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək və onları idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq.

Liderxeber.az xəbər verir, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kubsantimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üçtəkərli nəqliyyat vasitəsidir.

Bu qanunun 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisna olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq.

Həmçinin Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınacaq.

Bundan əlavə, Azərbaycan ərazisindəki yollarda mopedi idarəetmə hüququ "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək.

Həmçinin asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.

Asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi (moped istisna olmaqla) sürücülərinə asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) ilə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla), eləcə də həmin nəqliyyat vasitələri ilə yedəyə almaq qadağan ediləcək.

Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Bu qanunun 37-ci maddəsinin I və IV hissələri, V hissəsinin 2-4-cü bəndləri, VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil ediləcək.

Bununla yanaşı, motosikletin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0.5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.