Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

“Bəzi dərsliklər şagirdlər üçün çətinliklər yaradır”

09 dek 2025, 13:20
“Bəzi dərsliklər şagirdlər üçün çətinliklər yaradır”

“Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır”.

Liderxeber.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir: “Nəticələr dərslik müəllifi komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir.

Təhsil İnstitutu dərsliklərin mütəmadi keyfiyyət ekspertizasını həyata keçirir. Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri dərs dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır. Eyni zamanda, şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir”.

E. Əliyev vurğulayıb ki, toplanmış məlumatlar əsasında dərslik müəllifi komandalarına təklif və tövsiyələr təqdim edilir: “Dərsliklərin toplanılması və qiymətləndirilməsi prosesi davamlı fəaliyyət olaraq həyata keçirilir”.

O bildirib ki, məktəblərdə keyfiyyət monitorinqi ilboyu davam edir: “Əgər hansısa məktəbdə keyfiyyət monitorinqi aparılır və məktəbin zəif tərəfləri müəyyənləşdirilirsə, həmin məktəbə müəyyən bir müddət verilir. Təxminən 2 ildən sonra həmin məktəb yenidən yoxlanılır. Bu il ərzində aparılmış təkrar monitorinqlərə əsasən, əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş müşahidə olunub. Bu məlumatlar bizdə mövcuddur. Lakin bu bütün məktəblərə aid deyil. Hələ də ölkəmizin bir çox məktəblərində keyfiyyətin yaxşılaşdırılması üçün gedəcəyimiz uzun yol var”.