Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

“Metodistlər yüksək əməkhaqqı alacaqlar”

09 dek 2025, 11:38
“Metodistlər yüksək əməkhaqqı alacaqlar”

“Hazırda 400-ə yaxın məktəbə metodik dəstək verilməkdədir. Bu yalnız ekspert gəlib kimisə öyrətməklə deyil, müəllimlə bir yerdə işləyərək ona metodik dəstək verilməsidir”.

Liderxeber.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib.

O qeyd edib ki, sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin arasından metodistlər seçiləcək: “Bunlar 50 baldan yuxarı nəticə göstərən müəllimlər olmalıdır. Metodist işləmək ümün ümumilikdə 5000 müraciət olunub və 325 metodist və 22 aparıcı metodist onların arasından seçilib. Təhsil İnstitutunda onlarla seminarlar keçirilir. Onlar həmişə öz üzərlərində işləyəcək və məktəblərdə də müəllimlərə dəstək olacaqlar. Bu həm də əməkkhaqqısı olan işdir, metodistlər yüksək əməkhaqqı alacaqlar”.

E. Əliyev əlavə edib ki, məqsəd 2030-cu ilədək ölkənin bütün məktəblərində metodik dəstəyin təmin olunmasıdır.