Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

“Sertifikasiyadan keçən 80 mindən çox müəllimin maaşları artırılıb”

09 dek 2025, 11:00
“Sertifikasiyadan keçən 80 mindən çox müəllimin maaşları artırılıb”

“Son 20 il ərzində ölkə ərazisində 3600-dən çox ümumi təhsil müəssisəsi inşa olunub və ya əsaslı təmir edilib. 1,3 milyon şagirdin təlim və təhsil şəraiti yaxşılaşıb”.

Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

O qeyd edib ki, STEAM layihəsi 300 mindən çox, Rəqəmsal bacarıqlar layihəsi isə 500 mindən çox şagirdi əhatə edir.

Nazir müavini həmçinin 80 mindən çox müəllimin sertifikasiyadan keçirildiyini və maaşlarının artırıldığını vurğulayıb.

K.Kərimzadə əlavə edib ki, Azərbaycan təhsil sistemi inkişafa açıqdır: “Dünya sürətlə dəyişir. Süni intellekt artıq ən ağıllı şagirdə çevrilir. Təhsilin məqsədi artıq öyrənmək və öyrətməkdir. İnanıram ki, bu konfrans təkcə bilik mübadiləsi ilə bitməyəcək.

Mütərəqqi təhsil sistemini nüsxələmək olmur. Təhsil sistemləri bir ölkədən digərinə nisbətən dəyişir. Təhsildə keyfiyyət mütləq tamamlanmalı, qorunmalıdır. Hər zaman bu sahədə islahatlar hazırlamaq heç də asan olmur. Azərbaycan məktəbi inkişaf üçün böyük pontensiala malikdir".