Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Həmin binada suyun olmaması məsələsinə - Rəsmi cavab

05 dek 2025, 12:16
Həmin binada suyun olmaması məsələsinə - Rəsmi cavab

“Bu ərazilərdə bir neçə gündür su yox idi. Biz lazım olan suyu vedrələrlə daşıyıb evlərimizə qaldırırdıq”.

Bu sözləri Liderxeber.az-a Lökbatandakı “Qobu Park-1” yaşayış massivində 4 nəfərin öldüyü binanın sakinləri deyib.

Onların iddiasına görə, yanğın kombi partlaması nəticəsində qeydə alınıb: “Kombi bir müddət işləyib, sonra suyu bitdiyinə görə partlayış baş verib”.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına səbəb kimi ilkin ehtimallar arasında ən çox səslənən budur. 

Ərazidə günlərdir su olmaması haqda deyilənlərlə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bir neçə gündür su xəttində təmir işləri aparılıb: “Su xəttində təmirlə bağlı dekabrın 3-5-də Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacağı elanı günlər öncə paylaşılıb və abonentlərə məlumat verilib”.

Qeyd edək ki, baş verən güclü yanğınla bağlı cinayət işi açılıb. Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.