Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04 dek 2025, 16:31
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in qeydiyyatına start verilir. 

Liderxeber.az xəbər verir ki, layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə icra olunur.

Proqramın məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet-sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda, layihə Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarını tətbiq etməyi hədəfləyir.

Proqram “DevOps və Cloud Computing”, “Data və AI”, “Cybersecurity”, “Web Development” istiqamətlərini əhatə edəcək. Tədris hibrid formatda təşkil olunacaq və proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər aparacaqlar. “Bootcamp” formatında baş tutacaq tədris tələbələrə real layihələr üzərində çalışmaq və portfel formalaşdırmaq imkanı təqdim edəcək.  Proqram çərçivəsində tələbələr üçün  hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla tamamlayan tələbələr beynəlxalq səviyyədə tanınan “Ironhack” şirkəti tərəfindən sertifikat əldə edəcəklər.

Proqram  ali təhsil müəssisələrinin 3-cü kursunun 2-ci yarımilində təhsil alan, 400 və üzəri balla universitetə daxil olmuş tələbələrə şamil olunur. Qeyd edək ki, istənilən ixtisas üzrə təhsil alan tələbələr proqramda iştirak edə bilərlər. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq.  

Proqram 2026-cı ilin fevral-iyul ayları olmaqla ümumilikdə 6 ay davam edəcək. Bu müddətdə iştirak edən tələbələrin kreditləri universitetlər tərəfindən tanınacaq. Beləliklə, iştirakçılar digər fənlərdən azad edilərək yalnız bu tədris proqramına fokuslana biləcəklər. 

Layihə pilot xarakter daşıyır və bu mərhələdə yalnız seçilmiş universitetlər iştirak edə bilər.

Qeyd edək ki, texnologiya üzrə qlobal tədris şirkəti olan “Ironhack” 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İT sahəsində praktik bacarıqlar qazandırır. Bu günə qədər 25 000-dən çox məzun yetişdirən şirkət məzunlarının 75%-nin proqramı bitirdikdən sonra işlə təmin olunmasını təmin edib. Həmçinin, məzunlar 800-dən çox qlobal şirkətdə çalışırlar. 

Qeydiyyat üçün link: https://ironhack.typeform.com/idda-ironhack 

Son qeydiyyat tarixi: 20 dekabr 2025-ci il.