Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Naxçıvanda qaydalar sərtləşdirilir - Beş iclasda iştirak etməyən deputatın mandatına xitam veriləcək

04 dek 2025, 14:20
Naxçıvanda qaydalar sərtləşdirilir - Beş iclasda iştirak etməyən deputatın mandatına xitam veriləcək

Naxçıvan Ali Məclis deputatlarının iclaslarda iştirak qaydaları sərtləşdirilib.

Liderxeber.az xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Edilən dəyişikliklə Naxçıvan MR-in Ali Məclisinin beş iclasında üzrsüz səbəbdən iştirak etməyən deputatların mandatına xitam veriləcək.

Əvvəlki qaydalara əsasən isə bu say 10 iclas olaraq təyin edilmişdi.

Belə ki, sədr Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində 10 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edirdisə, artıq bu say beş iclas olaraq dəyişdirilib. Sonrakı mərhələdə isə İntizam komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır.

Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra, İntizam komissiyasının üzvlərinə suallar verə və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.