Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Azərbaycanda intihar halları azalıb

27 yan 2023, 11:29
Azərbaycanda intihar halları azalıb

"Ötən il Azərbaycanda intihar halları azalıb".

LiderXəbər xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, 2021-ci illə müqayisədə hesabat dövründə baş vermiş intihar hadisələrinin sayında azalma müşahidə olunur: “Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 46 cinayət işi başlanıb, onlardan 6-sı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 2021-ci ildə isə özünü öldürmə həddinə çatdırma ilə bağlı daha az cinayət işinin məhkəməyə göndərilib".

"Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi İşçi qrupun həyata keçirdiyi tədbirlərin diqqət mərkəzində saxlanmasının önəmi bildirilib", - Baş prokuror vurğulayıb.