Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Muzdlu işçilərin ən yüksək və ən aşağı əməkhaqqı aldığı sahələr açıqlanıb

04 dek 2025, 10:37
Muzdlu işçilərin ən yüksək və ən aşağı əməkhaqqı aldığı sahələr açıqlanıb

Cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 1 087.7 manat təşkil edib.

Liderxeber.az-ın rəsmi məlumatlar əsasında apardığı araşdırmalar zamanı məlum olub ki, ölkədə iqtisadi sahələr üzrə ən yüksək və ən aşağı ortaaylıq əməkhaqqı arasında təxminən 10 dəfə fərq mövcuddur.

Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların ortaaylıq əməkhaqqı 3 min 675.2 manat olub. Mədənçıxarma sənayesinin tərkibində xüsusilə "mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi" bölməsində əməkhaqqı 4 min 529.8 manat-a qədər yüksəlib.

Maliyyə və sığorta fəaliyyəti sahəsində ortaaylıq əməkhaqqı 2 min 918.4 manat təşkil edib.

Ölkədə ən aşağı əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində olub - 684 manat.

Qeyd edək ki, emal sənayesində ortaaylıq əməkhaqqı 987.9 manat olsa da, bu sahəyə aid olan geyim istehsalında ortaaylıq əməkhaqqı 470.8 manat təşkil edib ki, bu, göstərici ən aşağı ortaylıq əməkhaqqıdır.