Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

“SİMA Token”in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradıldı

04 dek 2025, 10:00
“SİMA Token”in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradıldı

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC artıq hüquqi şəxslər və dövlət qurumları üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanı yaradıb.

Liderxeber.az xəbər verir ki, təxminən bir il əvvəl vətəndaşlar və sahibkarlar üçün təqdim edilən bu xidmətin imkanları genişləndirilib və indi bütün istifadəçilər www.sima.az saytı üzərindən “SİMA Token” elektron imzasını istənilən vaxt sifariş edə bilərlər.

Bunun üçün dövlət qurumları və hüquqi şəxslər SİMA kabinetinə daxil olaraq “İşçilər” bölməsində rəsmi əməkdaşlarını görə və onların “SİMA İmza” və “SİMA Token” üzrə imzalama səlahiyyətlərini idarə edə bilirlər.

Əvvəlcə “Sifariş məlumatları” səhifəsində əməkdaş haqqında zəruri məlumatlar daxil edilir və məlumatlar tamamlandıqdan sonra müqavilə “SİMA İmza” ilə imzalanır. Ödəniş həyata keçirildikdən sonra “SİMA Token” sifarişinin icrasına başlanılır və istifadəçi “Ümumi sifarişlər” səhifəsində sifarişin statusunu mərhələlər üzrə izləyə bilir.

Hüquqi şəxslər üçün 3 illik “Token” imzasının məbləği 72 AZN, dövlət qurumları üçün isə 58 AZN təşkil edir.

Qeyd edək ki, “Sima Token” beynəlxalq standartlara uyğun, virtual məkanda şəxsiyyəti təsdiqləyən və qanunvericiliyə əsasən əl imzası ilə eyni hüquqi qüvvəyə malik gücləndirilmiş elektron imzadır. “SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkarolunmazlıq prinsiplərinə əsaslanır. Bu imzadan elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka müraciətlərində, elektron məhkəmə sistemində, mobil notariatda, ƏMAS platformasında və bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.