Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Cəbrayılda yeni tikilən 330 kV-luq yarımstansiyada işlər tamamlandı - Video

02 dek 2025, 11:52
Cəbrayılda yeni tikilən 330 kV-luq yarımstansiyada işlər tamamlandı - Video

İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilir. 

Liderxeber.az xəbər verir ki, BP ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 km məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.

Layihələrin əsas məqsədi, dövlət-özəl tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır. Bu layihələr Azərbaycanın “yaşıl enerji” keçidinə və enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan elektrik enerjisinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” (VPTA) çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağına, oradan isə enerjisistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur.

Yeni tikilən “Cəbrayıl” yarımstansiyasında işlər yekunlaşıb və “Şəfəq” Günəş Elektrik Stansiyası tikilərək istismara verildikdən sonra istehsal olunan “yaşıl enerji”nin ötürülməsinə başlanılacaq.