Son Xəbərlər
Türk Hava Yollarına (THY) məxsus İstanbul-Antalya reysini həyata keçirən
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və

“Buraya adam da düşə bilər, maşın da...” - Rəsmi açıqlama - Video

01 dek 2025, 12:01
“Buraya adam da düşə bilər, maşın da...” - Rəsmi açıqlama - Video

Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 119 ünvanında yerləşən yolda çökmə olub.

Liderxeber.az xəbər verir ki, çökmə nəticəsində yolda çuxur yaranıb.

Yaranan çuxur vətəndaşların narahatlığına səbəb olub. Onlar bildiriblər ki, sözügedən yolda hər hansı hadisə baş versə, ölümlə nəticələnə bilər: “Bu çuxura adam da düşə bilər, maşın da. Həmin hissə çat verib. Dünən AYNA-ya zəng edib demişəm ki, buraya yol nişanı qoyulsa, yaxşı olar”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, AAYDA-nın əməkdaşları hazırda çökmə baş verən ərazidədirlər: “Məsələni araşdırmaq üçün qazıntı işləri gedir. Sözügedən ərazidə bərpa işləri aparılır. Həmin nöqtəyə haradansa su sızıb, torpağın yuyulması ilə də çuxur əmələ gəlib”.

Mədinə Useynova

Redaksiyamıza göndərilən videonu təqdim edirik: