Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi

26 noy 2025, 10:22
“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi

SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib. Bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub.

Liderxeber.az xəbər verir ki, yeni həll sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və prosesləri daha çevik idarə etmək məqsədi daşıyır.

Funksionallığın tətbiq ardıcıllığı aşağıdakı kimidir:

1. İmza sahibinin adından hər hansı elektron portalda imzalama və identifikasiya əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edir.

2. QR kod “SİMA İmza” tətbiqi ilə oxunduqdan sonra unikal imzalama linki yaradılır.

3. Link istənilən kommunikasiya kanalı vasitəsilə imza sahibinə göndərilir.

4. İmza sahibi linkə klik edərək təsdiqlədikdə avtomatik olaraq öz “SİMA İmza” tətbiqinə yönləndirilir.

5. İmza sahibi sənədi 6 rəqəmli PİN, barmaq izi və ya “Face ID” vasitəsilə təsdiqləyərək imzalama prosesini tamamlayır.

6. Uğurlu imzadan sonra sənəd sistemdə imzalanmış kimi qeyd olunur və proses yekunlaşır.

Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza hüququnu şirkətin digər məsul əməkdaşına risk daşımadan ötürmək imkanı əldə edirlər. Belə ki, QR kod vasitəsilə paylaşım imza sahibinin şəxsi autentifikasiyasına əsaslandığı üçün burada imza sahibi təhlükəsizlik məlumatlarını qarşı tərəflə paylaşmadan prosesə qoşulur və gedişata tam şəkildə nəzarət edə bilir – o, “SİMA İmza” ilə hansı sistemə giriş edildiyini və hansı sənədin imzalandığını birbaşa özü görür və təsdiqləyir.

Hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən “6AYPULSUZ” promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getmədən, olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçmək kifayətdir.