Son Xəbərlər
Hörmüz boğazında iki neft tankerində partlayış olub. Liderxeber.az xəbər verir
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu
Qızmar hava insan orqanizmi üçün ciddi risklər yaradır. Belə günlərdə
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinə qarşı “ayrı-seçkilik
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iyulun 7-dən bəri Yaxın Şərqdə baş verən
ABŞ Silahlı Qüvvələri ölkə rəhbərliyinin birbaşa göstərişi ilə İrana qarşı
ABŞ və İran arasında danışıqlar üzrə vasitəçi dövlətlər müvəqqəti sazişin
Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın
“Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb,
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın cənubunda

Şuşa döyüşlərində ağır yaralanan qazi vəfat edib

07 yan 2023, 15:56
Şuşa döyüşlərində ağır yaralanan qazi vəfat edib

Vətən müharibəsi iştirakçısı Mirdavud Tahirov dünyasını dəyişib. LiderXəbər-in verdiyi məlumata görə, Mirdavud Tahirov Şuşa döyüşlərində ağır yaralanıb. O, 2 ildən artıq idi müalicə olunurdu. Astara rayonu Pensər kənd sakini olan M.Tahirov aldığı müalicələrə baxmayaraq, dünyasını dəyişib. O, doğulduğu kənddə dəfn edilib. Qeyd edək ki, Mirdavud Asəm oğlu Tahirov Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. Vətən Müharibəsi başlayanda o təhsili yarımçıq qoyub müharibəyə yollanıb. Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib. M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.