Son Xəbərlər
ABŞ və İran arasında danışıqlar üzrə vasitəçi dövlətlər müvəqqəti sazişin
Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın
“Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb,
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın cənubunda
İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Ötən gecə Rusiya paytaxtı və Moskva vilayəti kütləvi şəkildə pilotsuz uçuş
Alimlər may çanq ağacının ("Litsea cubeba") efir yağı əsasında
Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə çoxdan gözlənilən rəsmi
ABŞ İraq və İordaniyada öz hərbçilərinin həlak olmasından sonra İranla
Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə

Xəzərdə neft tankeri vuruldu

20 iyl 2026, 16:05
Xəzərdə neft tankeri vuruldu

Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın Novorossiysk limanı yaxınlığındakı dəniz terminalında “Nelsa” tankerinə dronla hücum edib. 

Liderxeber.az xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti məlumat yayıb. 

Hücumdan sonra tanker suda qalıb. Bildirilib ki, gəmidə qalan kapitan və baş zabit istisna olmaqla, onun 22 nəfərlik beynəlxalq heyəti XBKK-nın yedək gəmiləri ilə təxliyə edilib. Zərərçəkən yoxdur. 

Neftin yüklənməsi dayandırılıb, yanacağın dənizə tökülməsinin və alovlanmasının qarşısı isə alınıb.

Qazaxıstan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı bəyanat yayaraq “Belə hücumları Qazaxıstan Respublikasının iqtisadi maraqlarına yolverilməz qəsd kimi qiymətləndiririk” deyə bildirib.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu - uzunluğu 1500 kilometr olan Xəzər magistral neft kəmərinin tikintisi və istismarı üçün Rusiya, Qazaxıstan, eləcə də xarici hasilat şirkətlərinin iştirakı ilə yaradılmış beynəlxalq neft nəqli şirkətidir.