Son Xəbərlər
ABŞ və İran arasında danışıqlar üzrə vasitəçi dövlətlər müvəqqəti sazişin
Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın
“Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb,
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın cənubunda
İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Ötən gecə Rusiya paytaxtı və Moskva vilayəti kütləvi şəkildə pilotsuz uçuş
Alimlər may çanq ağacının ("Litsea cubeba") efir yağı əsasında
Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə çoxdan gözlənilən rəsmi
ABŞ İraq və İordaniyada öz hərbçilərinin həlak olmasından sonra İranla
Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə

Sabah 39 dərəcə isti olacaq

20 iyl 2026, 13:19
Sabah 39 dərəcə isti olacaq

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.