Son Xəbərlər
ABŞ və İran arasında danışıqlar üzrə vasitəçi dövlətlər müvəqqəti sazişin
Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın
“Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb,
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın cənubunda
İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Ötən gecə Rusiya paytaxtı və Moskva vilayəti kütləvi şəkildə pilotsuz uçuş
Alimlər may çanq ağacının ("Litsea cubeba") efir yağı əsasında
Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə çoxdan gözlənilən rəsmi
ABŞ İraq və İordaniyada öz hərbçilərinin həlak olmasından sonra İranla
Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə

Alimlər ağcaqanadlardan qorunmağın yeni üsulunu tapıblar

20 iyl 2026, 12:24
Alimlər ağcaqanadlardan qorunmağın yeni üsulunu tapıblar

Alimlər may çanq ağacının ("Litsea cubeba") efir yağı əsasında hazırlanmış yeni ağcaqanadqovucu vasitəni sınaqdan keçiriblər.

Liderxeber.az "Science X"ə istinadən xəbər verir ki, "MosShield" adlı sprey laboratoriya şəraitində üç təhlükəli ağcaqanad növünə qarşı yüksək effektivlik göstərib və dəridə qıcıqlanma yaratmadan 2-4 saata qədər qoruma təmin edib.

Araşdırma çərçivəsində 48 könüllü üzərində aparılan sınaqlar vasitənin dəri üçün təhlükəsiz olduğunu göstərib. Daha sonra sprey müxtəlif ağcaqanad növlərinə qarşı yoxlanılıb.

Nəticələrə əsasən, vasitə adi ev ağcaqanadına qarşı təxminən 225 dəqiqə, digər iki təhlükəli ağcaqanad növünə qarşı isə orta hesabla 120 dəqiqə qoruyucu təsir göstərib.

Tədqiqat müəllifləri bildiriblər ki, yeni vasitə denge qızdırması, malyariya və Qərbi Nil virusunu yayan ağcaqanadları uzaqlaşdırmaq baxımından ümidverici nəticələr göstərsə də, onun real şəraitdə bu xəstəliklərin qarşısını alma qabiliyyəti hələ sübuta yetirilməyib.

Alimlərin sözlərinə görə, bunun dəqiqləşdirilməsi üçün əlavə sahə sınaqlarının aparılmasına ehtiyac var.

Alimlər ağcaqanadlardan qorunmağın yeni üsulunu tapıblar