Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlanıldı

19 sen 2025, 14:15
Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlanıldı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi nəqliyyat növü ilə sərnişindaşımalar üzrə yeni qaydaların tətbiqi ilə bağlı təhlillər aparır.

Liderxeber.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, rəqabət qanunvericiliyinə əməl edilməsi üzrə dövlət nəzarət tədbirləri, o cümlədən araşdırma və yoxlamaların aparılmasının əsas prosedurları Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində təsbit edilib.

“Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən məsələ ilə bağlı aidiyyəti bazar subyektləri ilə görüşlər keçirilərək məsələnin hüquqi və iqtisadi tərəfləri müzakirə edilir. Eyni zamanda, digər sahəvi qanunvericilik aktlarında təsbit olunan və beynəlxalq təcrübədə mövcud olan normalar təhlil edilir. Bu istiqamətdə rəqabət orqanının apardığı təhlillər bazar subyektlərinin davranışlarının dinamik tənzimləmə çərçivəsində formalaşdırılmasına və istehlakçı hüquqlarının qorunmasına istiqamətlənib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib. Nəticədə hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlər isə yüksəkdir. Belə ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qiymətlərin belə olması isə, vətəndaşların ciddi narazılığına səbəb olub.