Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - Foto

19 sen 2025, 09:04
Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - Foto

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən bacı-qardaşı - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən “Mercedes” markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.