Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Külək və yağışla bağlı - Xəbərdarlıq

18 sen 2025, 16:22
Külək və yağışla bağlı - Xəbərdarlıq

Sentyabrın 19-dan 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa uyğun olaraq isə Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Həmçinin Bakıda və Abşeron yarımadasında sentyabrın 18-dən 19-na keçən gecə və 19-u axşam, 20-si gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 19-u axşamdan 20-si səhərədək isə yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 21-i axşamadək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.