Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Bu qanuna yeni anlayışlar əlavə olunur

17 sen 2025, 11:45
Bu qanuna yeni anlayışlar əlavə olunur

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, yeni anlayışlar aşağıdakılardır:

səriştəlilik sınağı – nəticələrini təqdim edən şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə qiymətləndirilməsi prosesi;

validasiya – obyektiv sübutların təqdim edilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi; 

verifikasiya – qiymətləndirmə obyektlərinin texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinə yetirdiyinə dair təqdim olunmuş sübutlara əsasən təsdiqlənməsi.

Qeyd olunub ki, həyata keçirilən işlər çərçivəsində milli akkreditasiya qurumu cari ildə (Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (International Laboratory Accreditation Cooperation - ILAC) və Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) tamhüquqlu üzv qəbul edilib. 

Qeyd olunan regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti yaranıb və  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb.

Layihəyə əsasən uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir və səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının da uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin edilir, bununla əlaqədar qanuna yeni anlayışlar (səriştəlilik sınağı, validasiya, verifikasiya) əlavə edilir, eləcə də uyğunlaşdırılma çərçivəsində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda düzəlişlər təklif olunur. 

Qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrinin və s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.