Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı - Yenilənib

16 sen 2025, 15:16
Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.

Liderxeber.az xəbər verir ki, 17 yaşlı S.Ə.-nin sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirməsində əsaslı şübhələr müəyyən edilib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qətli törətməkdə şübhəli bilinən S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən  sorğuya cavab olaraq bildirilib ki, sentyabrın 16-sı saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi) şəxs xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş açıq yarası diaqnozu təyin edilib. 

Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:00 radələrində ölüm faktı qeydə alınıb.