Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Sabah yağış yağacaq

16 sen 2025, 14:00
Sabah yağış yağacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Əsasən gündüz saatlarında yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.