Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

İtkin düşən şəhidlərimiz dəfn olunur - Fotolar - Yenilənir

12 sen 2025, 14:48
İtkin düşən şəhidlərimiz dəfn olunur - Fotolar - Yenilənir

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhidlər Cəlal Xankişi oğlu Abdullayev və Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, onların ailə üzvlərinə məxsus evlərdə keçirilən mərasimlərdə şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlal Xankişi oğlu Abdullayevin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, C.Abdullayev 1971-ci il avqustun 24-ü Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.

Ayaz Əsgəralı oğlu Zərbəliyevin nəşinin qalıqları isə Göyçay şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-u anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.