Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb

12 sen 2025, 13:33
Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi iştirakı ilə paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb. Yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunub.

Liderxeber.az xəbər verir ki, açılış mərasimində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, rəsmi şəxslər, fermerlər, sahibkarlar iştirak ediblər.

3 gün davam edəcək yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.

Burada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunur. 

Qeyd edək ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır.

Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.