Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Bakıda sürücü yük maşını ilə iki avtomobili vurub hadisə yerindən qaçdı

10 sen 2025, 15:55
Bakıda sürücü yük maşını ilə iki avtomobili vurub hadisə yerindən qaçdı

Bakıda yük maşını iki avtomobili vurub qaçıb.

Liderxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Binəqədi şosesi ilə Biləcəri-Baksol yolunun kəsişməsində hərəkətdə olan "Isuzu" markalı, 77-GR-125 dövlət qeydiyyat nişanlı yük maşını eyni istiqamətdə hərəkətdə olan "Nissan" və BYD markalı avtomobilləri vurub. Avtomobillərə xeyli zərər yetirən sürücü hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yük avtomobili saxlanılaraq, sürücüsü barəsində tədbir görülüb.