Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

“Bu addımla Azərbaycanın Körfəz regionunda diplomatik şəbəkəsi genişlənəcək”

10 sen 2025, 13:21
“Bu addımla Azərbaycanın Körfəz regionunda diplomatik şəbəkəsi genişlənəcək”

“Bəhreyndə Azərbaycan Səfirliyinin açılması mühüm əhəmiyyət daşıyır”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bəhreyndə Azərbaycan Səfirliyinin açılması kifayət qədər strateji və planlı əhəmiyyət daşıyır. Bunu bir neçə aspektdən qiymətləndirmək olar. Birincisi, bu addım Azərbaycanın Körfəz regionunda diplomatik şəbəkəsinin genişlənməsi deməkdir. Digər Körfəz ölkələrində diplomatik nümayəndəliyimiz açılıb, orada münasibətlərimizi genişləndirmişik. İndi isə Bəhreynin əlavə olunması Bakı üçün Körfəz ölkələri ilə əlaqələrin tam siyasi, instutisional əsasda qurulması anlamına gəlir. Burada səfirliyin açılması həm də Azərbaycan üçün yeni investisiya kanallarının, xüsusilə turizm sahəsində əlaqələrin genişlənməsinə gətirib çıxaracaq”,- millət vəkili əlavə edib.

Deputat Rizvan Nəbiyev də iclas zamanı qeyd edib ki, Bəhreyndə səfirliyin açılması ilə Azərbaycanın diplomatik nümayəndələrinin sayı 93-ə çatacaq: “Bunlardan 70 səfirlik, 9 baş konsulluq və 6 daimi nümayəndəlikdir. Asiya Parlament Assambleyasında sədrliyi 2026-cı ildə Milli Məclis Bəhreynə verəcək. Bəhreynlə Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur”.