Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Sumqayıt Tibb Mərkəzində yeni Hemodializ şöbəsi fəaliyyətə başlayıb

10 sen 2025, 11:58
Sumqayıt Tibb Mərkəzində yeni Hemodializ şöbəsi fəaliyyətə başlayıb

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Şəhər Xəstəxanasında yeni Hemodializ şöbəsi istifadəyə verilib.

Liderxeber.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov və aidiyyəti struktur bölmə rəhbərləri yeni qurulan şöbənin fəaliyyəti ilə tanış olublar.

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, Hemodializ şöbəsi haqqında məlumat verən Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov qeyd edib ki, 10 çarpayı ilə təmin olunan yeni şöbədə sutka ərzində 60-a yaxın pasiyentin dializ müalicəsi nəzərdə tutulub. Burada Almaniya istehsalı olan 10 ədəd “Fresenius Medical Care” hemodializ aparatının quraşdırıldığını qeyd edən müəssisə rəhbəri bölgə üzrə xəstəlikdən əziyyət çəkən şəxslərin müalicə işinin təşkilində şöbənin əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Dializ zalı, osmos otağı, həkim otaqları və gözləmə zalı yerləşən şöbədə həkimlər, texniklər və tibb bacıları daxil olmaqla, ümumilikdə 34 nəfərlik tibbi heyət fəaliyyət göstərəcək.

Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında da Hemodializ şöbəsi fəaliyyət göstərir və 2014-cü ildən pasiyentlərin xidmətindədir.

Əlavə edək ki, hemodializ xroniki və kəskin böyrək çatışmazlığı olan xəstələrdə böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan zərərli maddələrin və mayenin xaric edilməsi üsuludur. Hemodializ böyrək köçürülməsi planlanan xəstələrdə əməliyyata qədər alternativ çıxış yoludur.