Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Komandan hərbçilərin mənzil məsələsinə aydınlıq gətirdi

09 sen 2025, 16:44
Komandan hərbçilərin mənzil məsələsinə aydınlıq gətirdi

“Hərbi qulluqçuların statusu haqqında” Qanun bütün silahlı qüvvələrə şamil edilir. Orada mənzil təminatı öz əksini tapıb. Bunun üçün yenidən Qanun işləmək və ya bura əlavə etməyə ehtiyac yoxdur”.

Liderxeber.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“O ki qaldı niyə yalnız Müdafiə Nazirliyi məsələsinə, buna mən münasibət bildirə bilmərəm. Sadəcə hüquqi normativ sənəd olaraq bu gün hamıya şamil olunması, o cümlədən daxili qoşunlara şamil olunması “Hərbi qulluqçuların statusu haqqında” Qanunda müəyyən olunub. İcra məsələsi ilə bağlı Qanunda varsa, əlavəyə ehtiyac yoxdur”, - komandan bildirib .

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Azərbaycan Ordusunun zabitlərinə hərbi xidməti başa vurduqdan sonra mənzillər verildiyi halda, Daxili Qoşunlarda xidmət edənlərə bu imtiyazların verilmədiyini bildirib.