Son Xəbərlər
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna
Günəş yanıqları zamanı dəriyə qatıq və ya xama çəkmək infeksiyaya səbəb ola
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin
"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun

Bələdiyyə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub

16 apr 2025, 14:50
Bələdiyyə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub

Bələdiyyələr tərəfindən onların iqtisadi dayanıqlığının təmin olunması üçün yerli büdcə gəlirlərinin artırılması isitiqamətində davamlı işlər görülür.

Liderxeber.az xəbər verir ki, bu məqsədlə uçotdan kənarda qalan vergitutma obyektlərinin uçota alınması, habelə vergi borcları üzrə inzibati akt qəbul edilərək məcburi icraya yönəldilməsi üçün zəruri addımlar atılır.

Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə aparılan mütəmadi maarifləndirmə tədbirləri, eləcə də Bələdiyyələrin Milli Assosiasiyalarının bu prosesdə yaxından iştirakı bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərməkdədir. Belə ki, hazırda yerli büdcə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub.

Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə orqanının büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat (14.4%) artaraq ilk dəfə 63 milyon manata yaxın olub.

2024-cü il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 4.6 milyon manat (20.2%) çoxdur.

Bakı bələdiyyələri üzrə yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 3.2 milyon (19.8%) artaraq 20 milyon manata yaxın olub.

Ümumilikdə 2024-cü ildə bələdiyyələrin 63 milyon manat büdcə gəlirlərindən 20 milyon manata yaxın vəsait Bakı bələdiyyələrinin payına düşür. Bu da ümumi büdcə gəlirlərinin 31.8%-ni təşkil edir.

Qeyd edək ki, yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 8 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.