Son Xəbərlər
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum
İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron

Ağadadaş Ağayevə hökm oxunub

06 mar 2025, 15:59
Ağadadaş Ağayevə hökm oxunub

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Liderxeber.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

Vəkil çıxışı zamanı məhkəmədən bəraət istəyib.

Dövlət ittihamçısı cinayət işinin sübuta yetirildiyini və bəraət hökmü üçün əsasın olmadığını bildirib.

Daha sonra təqsirləndirilən Ağadadaş Ağayev son söz deyib. O, vəkili ilə razılaşdığını qeyd edib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti hesab edilməklə cəza şərti hesab olunub.