Son Xəbərlər
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum

Pakistan Hindistana cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb

10 may 2025, 09:32
Pakistan Hindistana cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb

Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə "Geo TV" kanalı mənbələrə istinadən xəbər verir.

Onların məlumatına görə, Pakistan Silahlı Qüvvələri Hindistan ərazisində çoxsaylı strateji hədəfləri vurur, Bisdə "BrahMos" raket anbarı məhv edilir.

Daha əvvəl Pakistan ölkənin hava məkanının müvəqqəti bağlanmasını elan edib.

Pakistan hava məkanını Hindistanın zərbələri səbəbindən saat 03:15-dən (Bakı vaxtı ilə 02:15 - red.) 12:00-dək (Bakı vaxtı ilə 11:00 - red.) bütün uçuşlar üçün bağlayıb.

Hindistan Pakistanın Ravalpindi şəhərində yerləşən Nur-Xan Hərbi Hava Qüvvələri bazasını atəşə tutub.

Liderxeber.az-ın "Clash Report"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində partlayış baş verib və bazada yanğın başlayıb.

Eyni zamanda, Pakistanın Təhlükəsizlik Xidməti bildirib ki, Nur-Xan bazasında baş verən partlayış Hindistana məxsus pilotsuz uçuş aparatının (PUA) məhv edilməsi ilə əlaqədardır.

Bundan əlavə, Pakistanın bir neçə şəhərində Hərbi Hava Qüvvələri bazalarına qanadlı raketlərlə zərbələr endirilib. Zərbələrin qarşısının alındığı bildirilib.