Son Xəbərlər
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün

Gürcüstan bu ağır günlərdə Azərbaycanın yanında olmağı ilə nümunə göstərdi

28 dek 2024, 22:29
Gürcüstan bu ağır günlərdə Azərbaycanın yanında olmağı ilə nümunə göstərdi

“Gürcüstan-Azərbaycan Həmrəyliyi: Ağır Günlərdə Göstərilən Dəstək üçün Dərin Təşəkkür”

Məlum təyyarə qəzası ilə bağlı Gürcüstanın heç bir dövlət qurumu, həm iqtidar həm də müxalifətdən olan siyasi partiyası və nümayəndəsi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyini ziyarət etməkdən kənarda qalmadı. Həm iqtidar, həm də müxalifət liderləri, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri, burda yaşayan soydaşlarımız səfirliyimizə gələrək hər kəs “Sizin acınız bizim acımızdır” dedi! 

Bu ağrılı günlərdə Gürcüstanın bütün Ali Dövlət qurumlarının, hakim partiyanın rəhbərləri və nümayəndələri ilə yanaşı, müxalifət partiyalarının liderləri və üzvləri də Azərbaycan xalqı ilə həmrəy olduqlarını göstərərək Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyini ziyarət etdilər.

Gürcüstanın iqtidar və müxalifət partiyalarının rəhbərlərinin, dövlət qurumlarının nümayəndələrinin və vətəndaşlarının, habelə yerli ictimaiyyətin, xüsusilə soydaşlarımızın bu faciəvi hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə baş çəkərək Azərbaycana başsağlığı verməsi, yalnız iki ölkə arasında deyil, eyni zamanda xalqlarımız arasında dərin köklərə malik dostluğun,həmrəyliyin mövcudluğunu bir daha təsdiqlədi. Bu həmrəylik, bizim birlikdə ağrıyıb, birlikdə qədirbilənlik göstərməyimizin vacibliyini və əhəmiyyətini bir daha ortaya qoyur.

Gürcüstanın həm iqtidar, həm də müxalifət partiyalarının rəhbərləri və ictimaiyyətinin, bu faciəvi anlarda Azərbaycana göstərdikləri diqqət və dəstək, ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinin yalnız siyasi, həm də insanlıq səviyyəsində nə qədər möhkəm və qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir. Bu həmrəylik, sadəcə olaraq siyasi deyil, həm də dostluq, tarixi bağlılıq, insanlıq münasibətlərinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Bu dəyərli addımlar, Gürcüstanda yaşayan soydaşlarımızla birlikdə Azərbaycanın yanında olduqlarını bir daha ifadə etməklə, xalqlarımız arasında olan əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır.

Bu yüksək səviyyəli həmrəylik və dəstək üçün Gürcüstan hökumətinə, xalqına, müxalifət partiyalarına və bütün ictimaiyyətə, soydaşlarımıza bir Azərbaycan vətəndaşı olaraq dərindən təşəkkürümü bildirirəm.

Yaşasın Azərbaycan-Gürcüstan dostluğu! Uca Tanrı dövlətlərimizi, xalqlarımızı, qardaşlığımızı və əbədi dostluğumuzu qorusun!

Dərin hörmət və təşəkkür hissləri ilə Ruslan Həsənov, Azərbaycan Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri