Son Xəbərlər
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün

"Global Media Group"un yeddi əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub

02 dek 2024, 13:52
"Global Media Group"un yeddi əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 29 oktyabr 2024-cü il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb, "Global Media Group"un yeddi əməkdaşı müsabiqədə qalib olub.

Müsabiqədə ən yaxşı sosial-iqtisadi təhlil nominasiyasına layiq görülənlərdən biri “Report” İnformasiya Agentliyinin əməkdaşı Məmmədli İlahə Firdovsi qızıdır.

Həmçinin ən yaxşı jurnalist araşdırması nominasiyasına layiq görülənlərdən biri Agentliyin əməkdaşı Əhmədova Gülər Seymur qızıdır.

Bundan başqa, müsabiqədə “Global Media Group”un daha beş əməkdaşı - Piriyev Ceyhun Muzahim oğlu (BakuTV), Əliyev Məhərrəm İbrahim oğlu, Kərimova Böyükxanım Aydın qızı (Oxu.az), Rzayev Timur Xanağa oğlu (Caliber.az), Əliyev Azad Akif oğlu (Kaspi.az) - müvafiq nominasiyalarda mükafatlara layiq görülüblər.