Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Deputat Səbinə Salmanova sumqayıtlı jurnalistlərlə görüşdü

03 noy 2024, 22:48
Deputat Səbinə Salmanova sumqayıtlı jurnalistlərlə görüşdü

Azərbaycan Respublikası Milli Məclisinin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatı Səbinə Salmanova Sumqayıtda yaşayan, şəhər ərazisində və Bakıda fəaliyyət göstərən müxtəlif media orqanlarında çalışan jurnalistlərlə görüşüb.

Liderxeber.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində keçirilmiş görüş Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan deputat Səbinə Salmanova söyləyib ki, 8 Noyabr Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, peşəkarlığının təntənəsidir:

“44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əsl qəhrəmanlıq dastanı yazdı. Bununla da Ermənistanın 30 illik işğalına son qoyuldu və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Biz qalib xalq, dövlət kimi bundan sonra əbədi olaraq öz tarixi torpaqlarımızda xoşbəxt, firavan və təhlükəsiz şəraitdə yaşayacağıq”.

Daha sonra millət vəkili media ilə əlaqələrə önəm verdiyini qeyd edərək ölkəmizdə media subyektlərinə, jurnalistlərə göstərilən diqqət və qayğıdan bəhs edib: “Azərbaycanda mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə media subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyev jurnalist əməyini həmişə yüksək qiymətləndirir. Dövlətimiz media sahəsində mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir”.

Toplantıda çıxış edən jurnalistlər mətbuat nümayəndələri ilə sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Tədbirdə həmçinin deputat-jurnalist münasibətləri, cəmiyyətdə olan proseslər, Azərbaycanın daxili və xarici siyasəti, ölkəmizin uğurları və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səmimi şəraitdə keçirilmiş görüşdə deputat Səbinə Salmanova media nümayəndələrinin suallarını cavablandırıb və onların təkliflərini dinləyib.