Son Xəbərlər
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün

Bu gün tanınmış professor Xudu Məmmədovun anım günüdür

15 okt 2024, 10:05
Bu gün tanınmış professor Xudu Məmmədovun anım günüdür

Bu gün Azərbaycanın tanınmış professoru Xudu Məmmədovun anım günüdür. Geologiya-mineralogiya elmləri doktorunun vəfatından 36 il ötür.

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdamın Mərzili kəndində doğulub.

Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olub. Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir. Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazır.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var.

"Şərəf nişanı" ordeni və medallarla təltif edilib. Xudu Məmmədov 1988-ci il oktyabrın 15-də 61 yaşında Bakıda vəfat edib, O, Fəxri Xiyəbanda dəfn olunub.