Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Prezident seçkiləri günü Mətbuat Şurasında qaynar xətt yaradılacaq

11 yan 2024, 11:46
Prezident seçkiləri günü Mətbuat Şurasında qaynar xətt yaradılacaq

Mətbuatımızın çiyninə böyük yük düşür.

LiderXəbər xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, media xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək: “Sosial mediada hansısa namizədlərə qarşı kompromatların olacağı şəksizdir. Peşəkar media bu hallara öz mövqeyini bildirməlidir. Seçki günü Mətbuat Şurasında qaynar xəttin yaradılması, Mətbuat Şurası üzvlərinin müxtəlif məntəqələrdə müşahidələr aparması bu seçkilərdə də davam etdiriləcək. 7 fevral da bir müddət sonra xalqımızın ən gözəl bayramlarından biri olacaq. Bütün dünya görsün ki, Azərbaycan xalqı seçki prosesinə biganə deyil. Buna görə də Azərbaycan mediası ən öndə getməlidir".