Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Aygünün qızı üçün pul yığmaq istədilər, ailəsi etiraz etdi

10 yan 2024, 14:49
Aygünün qızı üçün pul yığmaq istədilər, ailəsi etiraz etdi

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərin qızı ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. 

LiderXəbər xəbər verir ki, Aynişanın bir qrup izləyicisi ona müraciət edərək mərhum xanəndənin qızı üçün pul yığmağı təklif edib.

Aynişan bu ideyanı dəstəkləyib: “Hesab açıb Canan üçün pul yığaq, 18 yaşından sonra istifadə etsin”.

Onun bu paylaşımına A.Bəylərin bacısı irad bildirib. Aynişan bu haqda özü məlumat yayıb: “Aygün Bəylərin qızı ilə bağlı paylaşım etdim. İzləyicilərim yazdı ki, hesab açaq və onun üçün pul yığaq. Hər kəsin belə can yandırmağı məni duyğulandırdı. Düşündüm ki, hesab açıb pul yığarıq, qız 18 yaşında ona toxuna bilər. Amma banklar dedi ki, belə bir qayda yoxdur. Onun ailəsi buna icazə verməlidir və pulu idarə etməlidir. Bu da məni narahat etdi, çünki istəmirdim 18 yaşına kimi bu pula kimsə toxunsun. Onun xalası anama zəng etdi ki, bundan sonra Cananın 60 il yaşaması üçün də büdcəsi var. Sevindim”.