Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

AzTV-nin fotoqrafı Bakı Slavyan Universitetinin qonağı olub

29 dek 2023, 00:54
AzTV-nin fotoqrafı Bakı Slavyan Universitetinin qonağı olub

AzPress İnformasiya Agentliyinin təsisçi-redaktoru, fotojurnalist Rasim Sadıxov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin fotoqrafı Rüstəm Fərman Bakı Slavyan Universitetinin qonağı olub.

LiderXəbər xəbər verir ki, Jurnalistika kafedrasının müdiri prof.Vüqar Rəhimzadənin təşkilatçılığı ilə kafedranın müəllimi Fərqanə Məlikovanın tədris etdiyi “Fotojurnalistika” fənnindən tələbələrə praktik məşğələ keçirilib. Məşğələdə fotojurnalistikanın əsasları, fototexnikadan və işıqlandırma qurğularından düzgün istifadə, fotoçəkiliş zamanı düzgün rakursun seçilməsi, fotojurnalistikanın janrları, üslub anlayışı, ekstremal vəziyyətdə fotojurnalistin davranışı və s. haqqında tələbələrə məlumat verilib. Fotojurnalist R.Sadıxov və fotoqraf R.Fərman uğurlu fotoları və öz təcrübələrini tələbələrlə bölüşüb. R.Sadıxov Ulu öndər Heydər Əliyevlə bağlı xatirələri, rəsmi və qeyri-rəsmi fotoları barəsində danışıb. R.Sadıxova məxsus əsl tarixi sənədlər kimi 20 Yanvar mövzulu fotolar nümayiş olunub.

Sonda fotoqraf Rüstəm Fərman fotokamera ilə davranış qaydaları, fon, effekt, işıq, rəng, kompozisiya ilə bağlı tələbələrə praktik bilgilər verib, hər bir tələbə fotokameradan istifadə edərək bu prinsiplərə uyğun fotolar çəkiblər.