Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Orqanizmi cavanlaşdırır, arıqlamağa kömək edir - Ananasın unikal faydaları

22 dek 2023, 19:21
Orqanizmi cavanlaşdırır, arıqlamağa kömək edir - Ananasın unikal faydaları

Ananas sərt, sivri yarpaqları və iri meyvəsi olan yer bitkisidir. Ananasın tərkibi çoxlu miqdarda qida lifləri, təbii turşular, kalium, kalsium, fosfor, dəmir, sink, maqnium, marqanes və yodla zəngindir. Bundan başqa ananas B1, B2, B12, PP və A vitaminləri ilə zəngindir. Bütün bunlar ananasın tərkibini insan orqanizmi üçün əvəzolunmaz edir. Ananasın tərkibində olan bioloji aktiv maddələr onun tərkibinin unikal olduğunun göstəricisidir. Ananas həzm sisteminin fəaliyyətini sürətləndirir, mədə şirəsinin tərkibindəki fermentləri aktivləşdirir. Buna görə də mütəxəssislər insanlara hər gün ananas şirəsi içməyi və ya bir dilim təzə anans yeməyi məsləhət bilir.


LiderXəbər ananasın xeyrlərini araşdırıb:


Ananas arterial təzyiqi aşağı salır, qanı təmizləyir, ürək-damar xəstəliklərinin əmələgəlmə riskinin qarşısını alır. Ananasın tərkibində bromelin fermenti var. Bu ferment orqanizmin cavanlaşmasına və artıq piylərdən azad olmasına səbəb olur. Bromelin arıqlamaq üçün müasir tibbdə istifadə olunan aktiv qida əlavələrindən biridir. Artıq çəkidən azad olmaq istəyənlər üçün ananas ən yaxşı qida vasitəsidir. Onun tərkibində olan serotonin hormonu aclıq hissinin aradan qalxmasına səbəb olur. Orqanizmin çəkisinin azalması və artıq şlaklardan xilas olmaq üçün bəzi dietoloqlar pasiyentlərinə həftədə bir dəfə "anans günü" təyin etməyi məsləhət bilir. Bu zaman pasiyent həftədə bir dəfə, gün ərzində hər dəfə acdığında ananas şirəsi qəbul edir.


Ananasdan həm yeməklərdə, həm salatlarda, həm də şirniyyatlarda geniş istifadə olunur. Ananas orqanizmdə aşağıdakılara səbəb ola bilir:
- Həzm sistemini yaxşılaşdırır.
- Arterial təzyiqi aşağı salır.
- Qanı təmizləyir.
- Arıqlamağa yardım edir.
- Orqanizmi cavanlaşdırır.
- Qanda serotoninin miqdarını artırır.
- Orqanizmdən artıq mayenin çıxmasına səbəb olur.


Ananasın ziyanı:


Qastritdən əziyyət çəkənlərə və mədə turşuluğu çox olan adamlara ananasdan çox istifadə eləmək olmaz. Bu əlamətlərin artmasına və xəstənin narahatlığına səbəb ola bilər.