Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Zəlzələ zamanı istifadə edilə bilən - Mobil proqramlar

08 dek 2023, 14:10
Zəlzələ zamanı istifadə edilə bilən - Mobil proqramlar

Xəbər verdiyimiz kimi,ötən gün səhər saatlarında Bakıda 5.6 bal gücündə zəlzələ olub. Ocağı 68 km dərinlikdə yerləşən zəlzələ paytaxtda və bir neçə rayonda da hiss edilib. 

Bəs, hər an qaçılmaz olan təbii fəlakətləri əvvəlcədən dəqiqliklə bilməsək də, onun fəsadlarını necə azalda bilərik?

Bu məqamda texnologiyanın inkişafı təbii fəlakətlər zamanı da köməyimizə çatır.

LiderXəbər xəbər verir ki, bir çox mobil proqramlar hətta zəlzələ zamanı əlçatanlığı təmin edə bilər. 

Həmin mobil proqramları təqdim edirik:

Son zəlzələ

Bu, zəlzələlər haqqında dərhal məlumat əldə etməyə imkan verir. Proqramda ailəniz və yaxınlarınızla da ünsiyyət qura bilərsiniz. 

BRIDGEFY

İnternet əvəzinə Bluetooth bağlantısı ilə işləyən bu proqramda yüz metrə yaxın insanlarla ünsiyyət qura bilərsiniz. Tətbiqdən nə qədər çox insan istifadə edirsə, məsafə bir o qədər geniş olur, çünki smartfonlar həmin vaxt baza stansiyaları kimi çıxış edir.

Mən Təhlükəsizəm

Məkan barədə məlumat GPS vasitəsilə seçdiyiniz beş nömrəyə SMS olaraq göndərilir. 

VOXER

"Push-to-Talk" xüsusiyyətinə malik olan proqram Wi-Fi, 3G, 4D və EDGE kimi bir çox əlaqəni dəstəkləyir.

Zəlzələ xəbərdarlığı

Bu proqram sayəsində dünyanın hər yerindən canlı zəlzələlər haqqında məlumat əldə etmək mümkündür.