Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Orqanizmdə yod çatışmazlığını necə test etmək olar?

13 noy 2023, 11:00
Orqanizmdə yod çatışmazlığını necə test etmək olar?


Yod orqanizm üçün çox mühüm elementdir, onun çatışmazlığı bədən kütləsinə, beyin funksiyalarına, psixi sağlamlığa və digər orqanlara, eləcə də orqanizmin ümumi vəziyyətinə ciddi təsir edir.

Qalxanabənzər vəzin hormonlarının 65% -i yoddan ibarətdir. Yod çatışmazlığı zamanı orqanizmdə qalxanabənzər vəzin həcmi böyüyür və özü lazımi miqdarda bu maddəni hazırlamağa çalışır. Amma bu, daha sonrakı mərhələlərdə baş verir.

Yod çatışmazlığı

Orqanizmdə yodun saxlanma səviyyəsini vaxtında müəyyənləşdirmək çox vacibdir. Bunu sadə testin köməyi ilə ev şəraitində də etmək olar. Bunun üçün gecə yatmazdan əvvəl qolunuza pambıqlı çubuqla 3 zolaq yod çəkin: yoğun, bir az enli və nazik.

Əgər səhər yuxudan duranda dəridə yodun heç bir izini görməsəniz, onda dərhal endokrinoloqa müraciət edin. Həkim dəqiq analiz qoyub lazımi preparatlar yazacaq.

Əgər yalnız 1 enli xətt qalıbsa, deməli, bədəninizdə yod normal səviyyədədir.

Əgər yalnız ən incə xətt yox olubsa, onda sizin sağlığınız təhlükə altındadır. Odur ki, yeməklərdə yodlaşdırılmış duz istifadə edin. Bu, hipotireoz profilaktikasının ən ucuz və əlverişli üsuludur. Amma bu məhsulu təkcə soyuq yeməklərdə istifadə etmək lazımdır. Əgər onu isti yeməklərə əlavə etsəniz, onda duzun təkribindəki yod uçacaq və faydasız olacaq.

Yodun sutkalıq norması 100 qram dəniz kələm qarşılayır. Ciyər, feyxoa, morina və digər balıq növləri, eləcə də yumurta yodla zəngin məhsullardır.