Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Bu qidadan bir ovuc yemək - Qış boyu sağlam saxlayacaq

31 okt 2023, 16:30
Bu qidadan bir ovuc yemək - Qış boyu sağlam saxlayacaq

Qış aylarında havalar soyuduqca xəstəliklərə tutulma riski də artır. Artan xəstəlik risklərinə qarşı immunitetinizi gücləndirən təbii qidaları qidalanma vərdişlərinizə daxil etsəniz, bütün qış boyu sağlamlığınızı qorumuş olarsınız. 

LiderXəbər xəstəliklərdən qorunmaq üçün istifadə edilməli olan immuniteti gücləndirən qidaları təqdim edirik:

Sitrus meyvələri: C vitamini ilə zəngin olan sitrus meyvələrini qış aylarında istehlak etmək immuniteti gücləndirir. A vitamini də təmin edən sitrus meyvələri qış aylarında istehlak edildikdə immuniteti gücləndirir və təbii lifləri ilə arıqlamağa kömək edir. 

Fındıq:  Tərkibindəki sağlam yağ turşuları sayəsində antioksidan xüsusiyyətlərə malik olan qoz-fındıqları gündə bir ovuc yemək immuniteti gücləndirir. Çiy, qovrulmamış formada istehlak edilən qoz-fındıq da E vitamini ilə zəngindir. Daha çox badam və qoz yeyərək immunitetinizi gücləndirə bilərsiniz. 

Balıq:  Qış aylarında tərkibində omeqa qrupu yağ turşuları olan balıqların istehlakı bədəndən zərərli komponentləri çıxararaq immuniteti gücləndirir. Xüsusilə sağlam yağlarla zəngin olan qızılbalıq kimi balıqlar selen və sinklə zəngin qidalardır. Siz də qış aylarında tərkibində protein olan balıqlardan istifadə etməklə özünüzü xəstəliklərdən qoruya bilərsiniz. 

Yaşıl yarpaqlı tərəvəzlər: Güclü antioksidant xüsusiyyətləri və təbii lifləri sayəsində cəfəri, ispanaq və pazı kimi yaşıl yarpaqlı tərəvəzlərin istehlakı qış aylarında da immuniteti gücləndirir. A və C vitaminləri ilə zəngin yaşıl yarpaqlı tərəvəzlərdən istifadə edərək qış boyu sağlam qala bilərsiniz. 

Qatıq: Probiyotiklərlə zəngin olan qatıq, faydalı bakteriyaların orqanizmə daxil olmasını təmin edərək orqanizmi zərərli formasiyalara qarşı qoruyur. Gündə 1 kasa qatıq istehlakı da dəmir mənbəyidir, qış aylarında xəstəliklərdən qorunmağa kömək edir. 

Əlavə olaraq qış boyu ictimai yerlərdə əlinizdə salfetlər saxlamaqla yayılan xəstəliklərdən özünüzü qorumaq üçün bəzi ehtiyat tədbirləri görə bilərsiniz.