Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Prodüser Təranə Səmədova psixoloji ekspertizadan keçiriləcək

26 okt 2023, 17:25
Prodüser Təranə Səmədova psixoloji ekspertizadan keçiriləcək

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

LiderXəbər xəbər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Təranə Səmədova və Rahim Həsənovun hadisəni törədərkən anlaqsız olduqlarını deyiblər.

Vəkillər bildirib ki, təqsirləndirilən şəxslərin psixi durumu yoxlanmalıdır. Müdafiəçilər, bu məqsədlə hər iki şəxsin psixoloji ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.

Vəsatət təmin olunub, T. Səmədova və R. Həsənovun psixoloji tibbi ekspertizaya göndərilməsi qərara alınıb.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Rahim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb.

İstintaqın gedişatı zamanı prodüser Təranə Səmədovanın da cinayət işi üzrə təqsirli olmasına şübhələr müəyyən edilib və istintaqa cəlb olunub.

Təranə Səmədova və Rahim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə insan alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum olunub.

2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il anunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, onun barəsində 400 manat cərimə cəzası təyin edib, sərbəst buraxıb.